Havanın kəskin dəyişməsi ilə əlaqədar daha bir qurum gücləndirilmiş rejimə keçir

Əmr imzalanıb: Həmin gün bütün işçilər iş yerlərində olmalıdır
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Hava şəraitinin ifrat təhlükəli surətdə dəyişəcəyi ilə bağlı xəbərdarlığa görə "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) xüsusi rejimdə işləyəcək. Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xəbərdarlıqla əlaqədar bütün müəssisələr gücləndirilmiş xüsusi iş rejiminə keçəcək.

Səhmdar Cəmiyyətin rəhbərliyi tərəfindən bununla əlaqədar olaraq müvafiq əmr verilib. Əmrə əsasən, 17-18 yanvar tarixlərində qəza hallarının baş verməməsi, yarana biləcək qəzanın operativ şəkildə aradan qaldırılması üçün elektrik şəbəkələrində, stansiyalarında və sistem əhəmiyyətli yarımstansiyalarda bütün işçilər iş yerlərində olmalıdır.