CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Metropolitenində işləmək istəyənlərin nəzərinə

Seçimdə iştirak etmək istəyənlər 24-30 yaş arası olan şəxslər iştirak edə bilər
Sputnik

BAKI, 16 yanvar — Sputnik. "Bakı Metropoliteni” QSC maşinist peşəsi üzrə işə qəbul elan edib.

Sputnik Azərbaycan Bakı Metropoliteninin mətbuat xidmətinə istinadən xəbər verir ki, namizədlərin ərizələri fevralın 15-nə qədər qəbul edilir.

Seçimdə iştirak etmək istəyənlər 24-30 yaş arasında, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı olmalıdır. Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) də tələb olunur.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.