TƏHLİL

Politoloq: “ABŞ-ın hər hansı bəyanatı Türkiyənin mübarizəsini dayandıra bilməz”

Politoloq Fikrət Sadıxov deyir ki, Ankara sərhədlərində təhlükəsizliyin qorunmasında maraqlıdır
Sputnik

“Trampın bəyanatı ABŞ-Türkiyə münasibətlərinə cidi zərbədir”. Bunu Sputnik Azərbaycan-a açıqlmasında politoloq Fikrət Sadıxov deyib.

“ABŞ anlamalıdır ki, Türkiyə kürdlərlə mübarizə aparmır. Onların əsas hədəfi radikal kürd terrorist qruplaşmalarıdır və onlara qarşı mübarizə davam edəcək. Türkiyənin bu yolda mübarizəsini hər hansı bəyanat dayandıra bilməz. Rəsmi Ankara sərhədlərində təhlükəsizliyin qorunmasında maraqlıdır.  Türkiyə istəyir ki, onun sərhədlərində təhlükə mövcud olmasın” - deyə o bildirib.

Qeyd edək ki, yanvarın 14-də axşam saatlarında ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon söhbətində ikitərəfli əlaqələrlə yanaşı, Suriyada baş verən proseslər müzakirə edilib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz