MƏDƏNİYYƏT

Madonna "Eurovision -2019"da iştiraka razılıq verib

Müqavilənin təxmini dəyəri belə açıqlanmır
Sputnik

BAKI, 16 yanvar - Sputnik. Məşhur amerikalı müğənni Madonna İsraildə keçiriləcək 2019-cu il "Eurovision" mahnı müsabiqəsində dəvətli ulduz kimi çıxış edə bilər.

"Report" "Ynet"ə istinadən xəbər verir ki, jurnalistlərin məlumatına görə, müsabiqə nümayəndələri ilə müğənni arasında danışıqlar ilk dəfə deyil aparılır və tərəflər hətta bir qədər uğur da əldə ediblər — Madonna ilkin olaraq iştiraka razılıq verib, lakin ulduz müğənninin qonorarı barədə hələ ki, razılıq əldə olunmayıb.

Eyni zamanda müqavilənin təxmini dəyəri belə açıqlanmır. Bununla əlaqədar olaraq, qeyd etmək lazımdır ki, 2015-ci ildə Madonna "Ginnesin Reordlar Kitabı"na əsasən, tarixdə kommersiya baxımından ən uğurlu qadın müğənni hesab edilib.