BAKI, 15 yanvar — Sputnik. Türkiyədə FETÖ-yə (Fətullahçı Terror Təşkilatı) qarşı irimiqyaslı əməliyyat keçirilib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, Ankara Baş Prokurorluğu FETÖ araşdırması çərçivəsində Jandarma Baş Qərargahında olan 50 nəfər haqqında həbs qərarı çıxarıb.
Bundan əlavə, araşdırma nəticəsində "ByLock" proqramından istifadə edən 55 nəfər haqqında həbs qərarı verilib.