Suriyadan rədd olun – Netanyahu İrana sərt xəbərdarlıq etdi

Baş nazir: "Onlar həmişə yalan deyirlər"
Sputnik

BAKI, 15 yanvar — Sputnik. İsrail baş naziri Benyamin Netanyahu bəyan edib ki, ölkə ordusu Suriya ərazisində İran qüvvələrinə zərbələr endirməyə davam edəcək. Sputnik Azərbaycan "RT"-yə istinadən xəbər verir ki, bunu İsrail baş naziri Aviv Koçavinin müdafiə naziri təyin olunması mərasimində çıxış edərkən bildirib.

"Mən sizə deyirəm, oradan sürətli şəkildə rədd olun. Biz hücumları davam etdirəcəyik", - deyə Netanyahu vurğulayıb.

Netanyahu, həmçinin İsrail rəsmilərinin "İranın Suriyaya yalnız hərbi müşavirlər göndərməsi" barədə bəyanatlarını qəbul etməyib: "Onlar həmişə yalan deyirlər. Onlar bunu deyəndə də yalan deyirlər. Onlar peyklərini orbitə çıxara bilmədiklərini deyərkən də yalan deyirlər".