RUSİYA

Kreml: Münaqişə uzun on illiklər davam edə bilər, hazırda sülh şansı yoxdur

Dmitri Peskov: "Sülhün təmin olunması Ukraynada müharibə partiyasının hakimiyyətdə qalıb-qalmamasından asılı olacaq"
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Donbas vilayətində münaqişənin uzun onilliklər müddətində "dondurulması" riskini dəyərləndirib. Sputnik Azərbaycan xəbər verir ki, Peskov bu barədə "Arqumenti i faktı" nəşrinə müsahibəsində danışıb. 

"Qivi" Donbasda öldürüldü

"Bu, Kiyevdən asılı olacaq, orada müharibə partiyasının hakimiyyətdə qalıb-qalmamasından asılı olacaq. Müharibə partiyası hakimiyyətdə qalacağı təqdirdə münaqişənin dayanmasına dair şanslar yoxdur. Əksinə, sülh və diplomatiya partiyası olsa, onda şans var" - deyə Peskov vurğulayıb.

Kreml rəsmisi əlavə edib ki, hazırda Ukrayna siyasi arenasında problemlərin "dialoq yolu" ilə həllinə çağırış edən səslər yoxdur: "İşlər doğrudan da pisdir".

Qeyd edək ki, Moskva dəfələrlə Kiyevi Minsk razılaşmalarını yerinə yetirməyə çağırıb. Dekabrın 20-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya tərəfi Ukraynanın cənub-şərqində yaşayan şəxslərə yardım etməyə davam edəcək.

Xatırladaq ki, Donbasda silahlı münaqişə 2014-cü ilin yazında, dövlət çevrilişi cəhdindən sonra baş verib. Ukrayna rəhbərliyi Rusiyanı münaqişədə əli olmaqda ittiham edir. Moskva isə belə bəyanatların əsassız olduğunu bildirir.