BAKI, 15 yanvar — Sputnik. Ermənistan Respublikasında H1N1 tipli "A" qripindən ("donuz qripi") ikinci ölüm halı qeydə alınıb.
Bu barədə Sputnik Ermənistan xəbər verir.
Ölən 62 yaşlı kişidir. Onun həkimlərə gec müraciət etdiyi bildirilir.
Qeyd edək ki, ötən həftə Ermənistanda "donuz qrip"ndən bir qadın ölüb.
Bu ölkədə 1080-dən artıq insan oxşar simptomlara görə xəstəxana və poliklinikalara müraciət edib.