HADİSƏ

Bərdədə mikroavtobusla "Jiquli" toqquşub

Hadisə nəticəsində bir nəfər xəsarət alıb
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Bərdədə yol qəzası olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu Mirzəxan kəndi ərazisindən keçən hissəsində baş verib. Nəticədə "Ford" markalı sərnişin daşıyan mikroavtobusla VAZ 2107 markalı avtomobill toqquşub. Baş verən yol nəqliyyat hadisəsi zamanı minik avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlü İsgəndərov Ələsgər Eyyub oğlu ağır bədən xəsarətləri aldığından Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətini orta ağır olduğunu bildiriblər.

Faktla bağlı Bərdə RPŞ araşdırma aparır.