RUSİYA

Ərdoğan və Putin gələn həftə görüşəcək

"Putinlə biz böyük ehtimalla yanvarın 23-ü təkbətək görüşəcəyik"
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük ehtimalla yanvarın 23-ü Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ankarada jurnalistlərə açıqlamasında Rəcəb Tayyib Ərdoğan bildirib.

"Putinlə biz böyük ehtimalla yanvarın 23-ü təkbətək görüşəcəyik. Bundan əlavə bizim üçtərəfli sammitimiz – Putin və Ruhani ilə görüşümüz də var. Bu görüş gündəlikdədir, lakin hələlik konkret bir tarix yoxdur. Biz Astana formatında danışıqlarımızı yaxın günlərdə davam etdirəcəyik" - Ərdoğan deyib.