Türkiyədə güclü partlayış olub

Partlayışın yaşayış məntəqəsinə yaxın dağlıq ərazidə baş verdiyi deyilir
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Türkiyənin Sakarya əyalətinin Arifiye rayonunda qaz xəttində böyük partlayış olub. Sputnik Azərbaycan"Haber7"ə istinadla xəbər verir ki, partlayışın yaşayış məntəqəsinə yaxın dağlıq ərazidə baş verdiyi deyilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Sakarya valisi Əhməd Həmdi Nayir partlayışla bağlı açıqlama verib.

O bildirib ki, magistral qaz xəttində yanğın olub və həmin ərazidə də sürüşmə riski ilə bağlı işlərin aparıldığına dair məlumatlar var: "İlk ehtimalımız sürüşmə ilə bağlı qaz sızması və yanğın ola bilər. Ölən və yaralanan yoxdur".