RUSİYA

Rusiyada daha bir güclü partlayış baş verib, ölən və yaralananlar var

Partlayış nəticəsində 4 mənzilə zərər dəyib
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Rusiyanın Rostov vilayətinin Şaxtı şəhərində, yaşayış binalarından birində partlayış baş verib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alanlar var.

Əraziyə dərhal xilasedicilər cəlb olunub. Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfərin isə dağıntılar altında qaldığı qeyd olunur.

Partlayış nəticəsində 4 mənzilə zərər dəyib. Həmin mənzillərdə, ümumilikdə 12 nəfərin yaşadığı vurğulanır.

Xatırladaq ki, ötən ilin sonunda Rusiyanın Maqnitaqorsk şəhərində də analoji hadisə baş vermiş, xeyli sayda insan həlak olmuş və xəsarət almışdı.