FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Minlərlə adam metroya yarıçılpaq vəziyyətdə düşdü

Sputnik

Minlərlə adam soyuq qış havasına baxmayaraq, əyinlərindəki şalvarları, cinsləri, ətəkləri və şortları soyunurlar ki, ildən-ilə daha da böyüyən "Metroda şalvarsız" zarafat hərəkatına qoşulsunlar.

Hər şey 2002-ci ildə, Improv Everywhere bədii birliyinin yeddi iştirakçısı Nyu-York metrosunda komediya tədbiri keçirmək qərarına gələndən sonra başlayıb. Bu il isə həmin fləşmoba artıq mindən çox adam qatılıb. Aksiya ABŞ-ın müxtəlif şəhərlərində, eləcə də Londonda, Praqada, Kopenhagendə, Buenos-Ayresdə, Berlində, Münhendə, Parisdə, Torontoda və dünyanın başqa şəhərlərində də keçirilib.

Sərnişinlərdə təəccüb oyatmağa çalışan aksiya iştirakçıları onların diqqətini az da olsa, gündəlik qayğılardan və gadjetlərdən yayındırmağa cəhd edirlər.

Bu qəribə və komik fləşmobun dünyanın ayrı-ayrı şəhərlərində necə keçirildiyinə Sputnik Azərbaycan-ın fotolentində baxın.

1 / 11
"Metroda şalvarsız" zarafat hərəkatının iştirakçıları Nyu York metrosunda
2 / 11
"Metroda şalvarsız" zarafat hərəkatının iştirakçıları Nyu York metrosunda
3 / 11
"Metroda şalvarsız" zarafat hərəkatının iştirakçıları Nyu York metrosunda
4 / 11
"Metroda şalvarsız" zarafat hərəkatının iştirakçıları Nyu York metrosunda
5 / 11
"Metroda şalvarsız" zarafat hərəkatının iştirakçıları Nyu York metrosunda
6 / 11
"Metroda şalvarsız" zarafat hərəkatının iştirakçıları Nyu York metrosunda
7 / 11
"Metroda şalvarsız" zarafat hərəkatının iştirakçıları Nyu York metrosunda
8 / 11
"Metroda şalvarsız" zarafat hərəkatının iştirakçısı Berlində
9 / 11
"Metroda şalvarsız" zarafat hərəkatının iştirakçıları Londonda
10 / 11
"Metroda şalvarsız" zarafat hərəkatının iştirakçıları Amsterdamda
11 / 11
"Metroda şalvarsız" zarafat hərəkatının iştirakçıları Nyu York metrosunda