HADİSƏ

İranda böyük faciə

Qırğızıstandan havaya qalxan "Boeing 707" tipli yük təyyarəsi Tehrandakı Kərəc Hava Limanına eniş etdiyi zaman qəzaya uğrayıb
Sputnik

BAKI, 14 yanvar — Sputnik. İranın paytaxtı Tehranın yaxınlığındakı Sefadeşt ərazisində "Boeing 707" tipli yük təyyarəsi qəzaya uğrayıb. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, təyyarədə 9 nəfər olub və hamısı həlak olub.

Qırğızıstandan havaya qalxan "Boeing 707" tipli yük təyyarəsi Tehrandakı Kərəc Hava Limanına eniş etdiyi zaman qəzaya uğrayıb.

Hələlik qəza ilə bağlı rəsmi bir açıqlama yoxdur. Ölən və yaralananların kimliyi barədə məlumat verilməyib.

Digər bir məlumata görə, yük təyyarəsi Qırğızıstana aiddir.