BAKI, 13 yanvar — Sputnik. İngiltərədə robot həkimlər üçün daha çətin hesab edilən onurğa əməliyyatını icra edib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Skoliopot" adlanan robot bu günədək reallaşan bütün əməliyyatlardan ən uğurlusuna imza atıb. Robot onurğa əyriliyindən əziyyət çəkən xəstəni əməliyyat edib.
Qeyd edək ki, "Skoliopot" robotu professor Filip Bredon tərəfindən yaradılıb. O uzun illərini bu robotun yaradıması və təkmilləşdirilməsinə həsr edib.