İsrailin Xarici İşlər Nazirliyinin binasında partlayış olub

Gözyaşardıcı qazdan binanın bir neçə mühafizəçisi zərər çəkib
Sputnik

BAKI, 13 yanvar - Sputnik. İsrailin Xarici İşlər Nazirliyinin (XİN) binasında partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə Qüds polisinin məlumatında bildirilir.

Məlumata görə, idarədə qaz qumbarasının partlaması nəticəsində gözyaşardıcı qazdan binanın bir neçə mühafizəçisi zərər çəkib.