BAKI, 13 yanvar - Sputnik. Cəlilabad rayon sakini döyülərək öldürülüb.
"Report"un məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata görə, rayon sakini bir və ya bir neçə şəxs tərəfindən küt alətlə döyülüb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin təfərrüatları və ölənin şəxsiyyəti dəqiqləşdirilir.