Yuxuda gördüyü rəqəmlər ilə lotereyada qalib oldu

O, sonradan xatırlayıb ki, hərbi xidmətdə olan zaman bu rəqəmlər onun işlədiyi sənədlərdə olub
Sputnik

BAKI, 12 yanvar — Sputnik. ABŞ-da yaşayan bir kişi lotereyada ikinci dəfə böyük məbləğdə pul udub.

Lotereya naməlum Kanada sakinini milyonçu edib

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Riçard Coyner ikinci dəfə bu pulu yuxudakı gördüyü rəqəmlərə görə qazana bilib. Belə ki, o yuxuda gördüyü rəqəmləri uzun müddət unuda bilməyib və onlardan istifadə edərək lotereyada qalib gəlməyi bacarıb.

O, sonradan xatırlayıb ki, hərbi xidmətdə olan zaman bu rəqəmlər onun işlədiyi sənədlərdə olub.

O, hətta diqqət edib ki, son zamanlar virtual oyunların da qalibi məhz bu rəqəmlər olur. Kişi nəticədə bu rəqəmlərdən istifadə edib və 15,2 min dollar qazanıb.

Riçard Coyner yenidən yuxu görüb və yenidən bu taktikadan istifadə edib. Nəticədə 39,697 dollar qazanıb.

Riçard açıqlamasında deyib ki, o, yuxusunda tez-tez rəqəmlər görür: “Mən çalışıram ki, sonradan bu rəqəmlərdən istifadə edim”.