İsrail Dəməşqə aviazərbələr endirdi

Raketlərin bir hissəsi Dəməşq Hava limanı ərazisinə düşüb
Sputnik

BAKI, 12 yanvar — Sputnik. Bu gecə İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcılar Suriya paytaxtı Dəməşq yaxınlığına aviazərbələr endirib. Bu barədə Suriyanın "SANA" telekanalı hərbi mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, İsrail HHQ tərəfindən atılan raketlərin böyük əksəriyyəti Suriya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulub. Raketlərin bir hissəsi Dəməşq Hava limanı ərazisinə düşüb ki, nəticədə anbara zərər dəyib.

Aviazərbələr Dəməşqin Beynəlxalq Hava Limanının işinə təsir etmədiyi bildirilir.

Hələlik İsrail rəhbərliyi və ordusu bu məlumatı şərh etmir. Zərbələr nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.