MƏDƏNİYYƏT

Məşhur türk aktrisaya inanılmaz ittiham - FOTO

Dəniz Çakır barəsində "Təhqir" maddəsi ilə cinayət işi açılıb
Sputnik

BAKI, 12 yanvar — Sputnik. Türkiyəli aktrisa Dəniz Çakır ifadə vermək üçün İstanbul Ədliyyəsinə dəvət edilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir müddət əvvəl Dəniz Çakır ad günün qeyd etmək üçün iki rəfiqəsi ilə bara gedib. Barda Dəniz Çakırın içdiyi içkidən narahat olaraq yerlərini dəyişən iki hicablı qıza Dəniz Çakır "Bura Atatürkün Türkiyəsidir, içdiyimə, çəkdiyimə niyə qarışırlar. Bura Ərəbistandırmı?" – deyə rəfiqələrinə deyib.

Məşhur türk aktrisaya inanılmaz ittiham - FOTO

Qızlar hadisədən bir neçə gün sonra Türkiyənin "Sabah" qəzetinə gedərək, "Dəniz Çakır bizə hicablı olduğumuz üçün Səudiyyə Ərəbistanına gedin" deyə bildirib, hadisədən 5 gün sonra isə jurnalistlərlə birlikdə prokurorluğa şikayət ediblər.

Dəniz Çakır barəsində "Təhqir" maddəsi ilə cinayət işi açılıb. İstintaq zamanı kafedə baş verən hadisənin video görüntüləri də nəzərdən keçiriləcək.

Qeyd edək ki, məsələ ilə bağlı Türkiyə prezidenti "Bu ölkənin başıörtülü qadınlarına Səudiyyə Ərəbistanına gedin demək faşistliyin pik həddidir. Siz bu sözləri deyənlərin halını düşünün. Adı da sənətçi imiş" demişdi.

Çakır isə açıqlamalarında belə ifadə işlətmədiyini qeyd etmişdi.