CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yazıçı tele-seriallarımızın “kriminallaşmasından” danışır

Yazıçı Orxan Bahadırsoy deyir ki, serial çəkmək üçün yetərincə mövzu olsa da, senaristlər daha çox kriminala meyl edirlər
Sputnik

“Hazırda çəkilən seriallarda ssenarilərin oxşarlığı, kriminal motivlər üzərində qurulması potensial yetərsizliyindən irəli gəlir”. Bunu Sputnik Azərbaycan-a yazıçı Orxan Bahadırsoy yerli televiziyalarda nümayiş olunan serialların ssenarilərində kriminal motivlərə üstünlük verilməsinin səbəblərini açıqlayarkən deyib.

“Yetərincə mövzu var və onlara uyğun ssenarilər yazmaq mümkündür. Ancaq həmin mövzulardan yaza biləcək şəxslər ya kənara çəkilib, ya da bazarın tələblərinə uyğunlaşıblar. Hazırki ssenariləri yazanların kriminal motivlərdən istifadə etməsi özənmədən irəli gəlir. Sabitliyin hökm sürdüyü ölkədə filmlərdə belə motivlərdən istifadəyə qarşı dövlət qurumları da tədbir görməlidir. Ümumiyyətlə düşünürəm ki, tamaşaçı üçün fəlsəfə, psixologiya maraqlı deyil” - deyə o bildirib.

Orxan Bahadırsoyun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz