CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uçan avtomobil böyük maraqla qarşılanıb

Bəziləri ideyanın gerçəkləşəcəyinə inansa da, bunun bir zarafat olduğunu düşünənlər də var
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Elektrik mühərrikli avtomobil istehsalçısı olan "Tesla" şirkətinin rəhbəri İlon Mask daha bir maraqlı yeniliyi ilə diqqət çəkib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Mask bu dəfə də "Twitter" hesabında yeni "Roadster" uçan avtomobil modeli haqda paylaşım edib.

"Yeni "Roadster" buna bənzər imkanlara sahib olacaq" – deyə şirkət rəhbəri şəkilli tvitində bildirib.

Onun bu paylaşımı "Twitter" istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Bəziləri ideyanın gerçəkləşəcəyinə inansa da, bunun bir zarafat olduğunu düşünənlər də var.