RUSİYA

"The National Interest" Rusiyanın "S-500"-lər barədə "susması"nın səbəbini açıqladı

Müştərilər "S-500" kompleksləri haqqında yeni məlumatların çıxması fonunda bahalı "S-400" komplekslərinə maraqlarını itirə bilər
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Rusiyanın yeni S-500 Promotey zenit-raket kompleksləri (ZRK) barədə məlumatların olmaması "S-400" zenit-raket komplekslərinin xarici ölkələrə satışı ilə bağlı mövcud razılaşamaları təhlükə altına atmamaq qərarı ilə bağlı ola bilər. Bu barədə Sputnik Azərbaycan Birləşmiş Ştatların "The National Interest" nəşrinə istinadən xəbər verir.

Azərbaycanın ilk dəfə nümayiş olunan müasir silahları və hərbi texnikası - FOTOLENT

Potensial müştərilər "S-500" kompleksləri haqqında yeni məlumatların çıxması fonunda bahalı "S-400" komplekslərinə maraqlarını itirə bilər.

Yeni məlumatların yayılması Türkiyə və Hindistan kimi strateji əhəmiyyətə malik ölkələrin hiddətinə belə səbəb ola bilər. Belə ki, bu ölkələr "S-400"-ün alınmasına görə ABŞ-la ciddi diplomatik problemlər yaşayıb. Vaşinqton məhz bu addımlarına görə onları dəfələrlə sanksiyalarla hədələyib.

Nəşr yazır ki, məhz bu faktlara əsasən "S-500"-lərin xarici ölkələrə tədarükü planda yoxdur.