CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edir

Vergi ödəyicilərinə xidmət mərkəzləri həftənin şənbə günü, 12 yanvar 2019-cu il tarixdə, saat 10:00-dan 14:00-a qədər fəaliyyət göstərəcək
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət mərkəzləri həftənin şənbə günü, 12 yanvar 2019-cu il tarixində, saat 10:00-dan 14:00-a qədər fəaliyyət göstərəcək.

Həmin gün xidmət mərkəzlərində yalnız "Məcburi dövlət sosial sığortası üzrə" və "İşsizlik sığortası üzrə" rüblük hesabatlar və vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı köməklik göstəriləcək.