TƏHLİL

Ekspert: “İnternetin ailələri dağıtdığını demək doğru deyil”

Ekspert Azad İsazadə deyir ki, cəmiyyətin inkişafına internetin müsbət və mənfi təsirləri var
Sputnik

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin inkişafı ilə əlaqədar olaraq, Azərbaycandakı tənha insanların sayının arta və internetin boşanma prosesinə olan təsirinin güclənə biləcəyindən narahatlığını bildirib. Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək.

Ekspert Azad İsazadə Sputnik Azərbaycan-a deyir ki, internetin ailə münasibətlərinə mənfi təsir etdiyini düşünmürəm: “Cəmiyyətin inkişafına internetin müsbət və mənfi təsirləri var. Amma internet ailələri dağıdır demək doğru deyil. İnsanların internetdən nə üçün istifadə etməsi təsir edən amil ola bilər. Ancaq bu təsirlər nəticədir. Bunların kökündə ailədəki münasibətlər dayanır”.

Azad İsazadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz