MƏDƏNİYYƏT

Daha bir rejissor işsiz qaldı

YUĞ teatrında islahatlar davam edir
Sputnik

BAKI, 10 yanvar — Sputnik. Dünən YUĞ teatrından daha bir əməkdaş işdən çıxarılıb. Bu barədə Sputnik Azərbaycan-a teatrın keçmiş əməkdaşı Ər-Toğrul Kamalov məlumat verib. Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi teatrın rejissoru Mir Sahib Ağazadənin teatrda olan işinə xitam verib.

Beləliklə, teatrın rejissoru Mir Sahib Ağazadə işdən çıxarılıb. Teatr rəhbərliyi rejissoru işdən çıxaran zaman Mədəniyyət Nazirliyinin məktubunu səbəb kimi göstərib. Amma işdən çıxarılan Mir Sahib Ağazadəyə həmin məktub hələ ki təqdim olunmayıb.

Ər-Toğrul Kamalov deyib ki, bu Mir Sahib Ağazadəyə qarşı haqsızlıqdır: "Bu məsələni belə saxlamayacağıq və mübarizə aparacağıq".