HADİSƏ

Bakıda ofisdə polis işçisi həlak olub

Hazırda hadisə yerində operativ-istintaq-qrupunun üzvləri işləyir
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Tabel silahından açılan atəş Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı üçün ölümcül olub.

Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayonunun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Məlumdur ki, yanvarın 11-də axşam saat 18 radələrində  paytaxtın Nərimanov rayonu ərazisindəki şirkətlərdən birinin ofisində odlu silahdan açılan atəş nəticəsində 35 yaşlı İlkin Tapdıqov iş yerində ölüb.

Hazırda hadisə yerində operativ-istintaq-qrupunun üzvləri işləyir. Baş verən hadisənin təfərrüatı araşdırılır.