Siz səhər yeməyi zamanı çay, yoxsa qəhvə sevirsiniz? Amma bu, vacib deyil. Bakıda keçirilən çay və qəhvə festivalında hər iki içkinin tərəfdarları özləri üçün çoxlu maraqlı məqam, ən əsası isə dad tapa bilərlər.
Festivala düşən kimi qəhvənin tünd qoxusunu və çayın məstedici iyini hiss edirsiz. Ona görə də, həm Kolumbiya və Braziliyadan gətirilən qəhvəni, həm də əsl Lənkəran çayını dadmaq istəyirsən.
Amma festival təkcə çay və qəhvə sevənlər üçün maraqlı deyil. Burada həmçinin kafe və restoranlar üçün aksessuar və avadanlıq, eləcə də bu içkiləri evdə hazırlamaq üçün ləvazimat nümayiş etdirilir.