"Avropa Silikon Vadisi" planı açıqlandı

Danimarka hökuməti "Avropa Silikon Vadisi" layihəsinə start verir
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Danimarka hökuməti paytaxt Kopenhagendə yaradacağı 9 süni adada maraqlı bir layihəyə imza atmağı planlaşdırır. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yeni adalarda "Avropa Silikon Vadisi" sənayə bölgələrinin yaradılması nəzərdə tutulur. 2040-cı ilədək yekunlaşdırılması planlaşdırılan bu layihə üçün hazırlanan ilkin proqnozlar da açıqlanıb. İlkin proqnozlara görə, layihənin reallaşması 12 min yeni iş yerinin açılması deməkdir. Bununla da bütün dünyanın mərkəzini üzərinə cəmləyən Danimarkanın ölkələr arası rəqabətdə daha da güclənəcəyi söylənilib.

Kompüter oyunlarının uşaqlara vurduğu daha bir zərbənin üstü açılıb

Qeyd edək ki, bu adaların yaradılması və burada sənayə mərkəzlərini fəaliyyətə başlaması ilə artıq maddələr bioqaza çevriləcək, istifadə olunmuş suyun tullantısının qarşısı alınacaq, külək dəyirmanlarından enerji əldə ediləcək.

Layihənin reaalşdırılması üçün hökumət tərəfindən 3.1 milyon kvadratmetrlik bir ərazi ayıracaq.

Qeyd edək ki, sözügedən layihəyə start verilməsi üçün Danimarka parlamentinin son qərarı gözlənilir.