Trampdan demokratlara həqarət

Şumerin özü də Trampın danışıqlar zamanı demarş başlatdığını bildirib
Sputnik

BAKI, 10 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Tramp yeni büdcənin qəbul edilməsinə maneə yaradan sərhədlərin təhlükəsizliyi məsələsi ilə bağlı Demokratlar Partiyasının Konqresdəki liderləri ilə görüşün vaxt itkisi olduğunu bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar prezidenti öz "Twitter" səhifəsində yazıb. 

Tramp: "Suriyadan sürətli şəkildə çıxacağımızı deməmişəm"

Trampın sözlərinə görə, o, Senatda demokratik azlığın lideri Çak Şumer, həmçinin nümayəndələr palatasının spikeri Nensi Pelosidən onların Meksika ilə sərhəddə divar tikintisinə razı olub-olmamasını soruşub. Prezident cavab olaraq "yox" cavabını verib.

"Mən onlara "hələlik" deyib və bundan sonra heç nəyin işləməyəcəyini bildirdim", - deyə amerikalı prezident qeyd edib.

Şumerin özü də Trampın danışıqlar zamanı demarş başlatdığını bildirib.

Tramp Administrasiyası da, həmçinin bildirib ki, prezident qəti şəkildə sərhədlərin təhlükəsizliyini qoruyacaq: "Bura hüquq mühafizə orqanlarına əlavə personalın, immiqrasiya hakimlərin cəlb olunması, fiziki baryerlər, narkotiklərlə mübarizədə texnologiyanın tətbiqi daxildir".

Qeyd edək ki, 2019-cu ilin büdcəsi Konqresdə təsdiq olunmadığından ötən il dekabrın 22-də bəzi federal idarələr fəaliyyətini qismən dayandırıb.