RUSİYA

Rusiyanın hərbi peyki səmada yanıb

O, cari ilin yanvar ayında orbitdən endirilib
Sputnik

BAKI, 10 yanvar — Sputnik. Rusiyanın hərbi peyki – "Kosmos-2430" orbitdən çıxıb və atmosferdə yanıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, hadisə yanvarın 5-də baş verib.

Faktı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib. Nazirliyin məlumatına görə, 2007-ci ildə kosmosa buraxılan peyk 2012-ci ildə Rusiya orbital qruplaşmasının tərkibindən çıxarılıb. Bu ilin yanvar ayında o, plana əsasən orbitdən endirilib.

Qurğu atmosferin sıx qatlarında, Atlantik okeanı üzərində, təxminən 100 kilometr hündürlükdə tamamilə yanıb.