İlham Əliyev "Tufan"la tanış olub

Prezident Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzinə baş çəkib
Sputnik

BAKI, 10 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 10-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzinə baş çəkib.

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident Mərkəzdə yeni inşa edilmiş "Tufan" tipli sərhəd gözətçi gəmisi, döyüş texnikası və silah-sursatla tanış olub.