İQTİSADİYYAT

Mərkəzi Bank valyuta məzənnələrini açıqladı

Rusiya rublunun məzənnəsi isə 0,39% yüksələrək 0,0255 manat təşkil edib
Sputnik

BAKI, 10 yanvar - Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,85% artaraq 1,9647 manat, Rusiya rublunun məzənnəsi isə 0,39% yüksələrək  0,0255 manat təşkil edib. 1 gürcü larisi 0.6373, 100 İran rialı 0.0040, 1 türk lirəsi 0.3102 manatdır.

Qeyd edək ki, Mərkəzi Bankın dünənə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7000, avronun məzənnəsi 1,9482, Rusiya rublunun məzənnəsi isə 0,0254 manat təşkil edib. 1 gürcü larisi 0.6373, 100 İran rialı 0.0040, 1 türk lirəsi 0.3106 manat olub.