Əfqanıstandakı sülhməramlılarımız vətənə qayıdıb

"Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb
Sputnik

BAKI, 10 yanvar — Sputnik. Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.