CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimal bölgəsindəki dəhşətli yol qəzasında 4 nəfər öldü

Qubada ağır yol qəzasında ölənlərin sayı 4-ə çatıb
Sputnik

BAKI, 10 yanvar - Sputnik. Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib. 

"Report"un məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hadisə zamanı 4 nəfər ölüb. 

Ölənlər Xaçmaz rayon sakinləri - Coşqun Kamil oğlu Qasımov, Zakir Eldəniz oğlu Abasov, Nahid Teymur oğlu Məmmədov və Quba rayon sakini 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədovdur.

Faktla bağlı araşdırmalara başlanılıb.