RUSİYA

Lukaşenko Belarusun Rusiya ilə birləşməsi məsələsinə aydınlıq gətirdi

Bu gün gündəlikdə belə bir məsələ yoxdur
Sputnik

BAKI, 10 yanvar — Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Belarus və Rusiyanın birləşməsinə dair gəzən söz-söhbətlər axmaqlıqdır. Bu barədə Sputnik Azərbaycan "Belta"-ya istinadən xəbər verir.

"Biz Rusiya prezidenti ilə birmənalı olaraq dəqiqləşdirdik ki, bu gün gündəlikdə belə bir məsələ yoxdur. Mən bu cür müzakirələri axmaqlıq adlandırıram.", - deyə Lukaşenko vurğulayıb.