ELM

Rektor qalmaqallı ittihamlara cavab verdi

Rektor, həmçinin bir sıra işçilərin işində nöqsan aşkarlandığını və onların universitetdən uzaqlaşdırıldığını deyib
Sputnik

BAKI, 9 yanvar - Sputnik. "Kim deyirsə ki, mən universitetə öz qohumlarımı işə gətirirəm, yalandır. Burada işləyən bir qohumum professor Azad Məmmədovdur. Azad Məmmədov da məndən öncə bu universitetdə çalışıb. Ondan başqa bir qohumum varsa, bunu mənə göstərin". 

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bu gün jurnalistlər üçün keçirilən mətbuat konfransında haqqında səsləndirilən ittihamlara cavab olaraq belə deyib. 

Azərbaycanda universitet tələbələr üçün yeni şans yaradır

Rektor məhkəməyə müraciət edən işçilər haqda da danışıb. Həmçinin Elmira Baxşəliyevanın onun və universtetin hqqında səsləndirdiyi ittihamlara cavab verib: "Bu gün bu məsələ artıq məhkəmədədir. Qarşı tərəf bunun üçün məhkəməyə də müraciət edib. O iddia edir ki, biz onu universitetdən xaric etmişik. Əslində, belə deyil. Biz sadəcə olaraq onun şöbəsini dəyişdirmişik".

"Buna da səbəb onun işində tapılan ciddi nöqsanlardır. O şəxs labarator olan işçiyə 1 ildə 3 dəfə məzuniyyət verib. Bu nə dərəcədə düzgündür? Onun işi komissiya tərəfindən araşdırıldı. Bəlli oldu ki, həmin şəxsin ali təhsili yoxdur, onun sadəcə olaraq kurs bitirməsi ilə bağlı məlumatlıyıq" - deyə K.Abdulla vurğulayıb.

Rektor, həmçinin bir sıra işçilərin işində nöqsan aşkarlandığını və onların universitetdən uzaqlaşdırıldığını deyib.