Ermənistan gözləmə vəziyyətindədir

Biz bu vəziyyətdən istifadə edərək həm diplomatik, həm də digər məqamlarda gücümüzü nümayiş etdirməliyik
Sputnik

BAKI, 9 yanvar - Sputnik. "Çoxları Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsini böyük inqilab kimi qələmə verirlər. Ancaq bu, doğru deyil". Bunu politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən "Cənubi Qafqaz" politoloqlar klubunun 60-cı iclasında çıxış edərkən deyib.

Politoloq bildirib ki, Ermənistan hakimiyyətinin çürük və zəif olması asanlıqla devrilməsinə imkan yaratdı: "Hazırkı Ermənistanın vəziyyəti heç də yaxşı deyil. Yeni hakimiyyət ölkənin xarici siyasətini formalaşdıra bilmir. Bu ölkə gözləmə vəziyyətindədir. Biz bu vəziyyətdən istifadə edərək həm diplomatik, həm də digər məqamlarda gücümüzü nümayiş etdirməliyik. Onu da qeyd edim ki, ötən ilin sonunda Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə qərarı diplomatik uğurumuz idi. Bundan sonra da biz diplomatik sahədə addımlarımızı davam etdirməliyik".