BAKI, 9 yanvar — Sputnik. ABŞ-da yerləşən “Amazon” elektron ticarət saytı üzərində ərəbcə ayə və Allah yazılmış hamam ayaqaltılarını satışa çıxarıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məhsullar ABŞ-da yaşayan müsəlmanların narazılığına səbəb olub.
Sayt narazılığın qarşısını almaq üçün məhsulları satışdan çıxarıb.
Digər tərəfdən isə məhsulların satışının dayandırılması üçün change.org-də kampaniya başlanıb və 73 min imza atılıb.
Qeyd edək ki, “Amazon” 2016-cı ildə də ərəbcə Allah yazılmış ayaqaltıların Böyük Britaniyada satışa çıxardığı üçün tənqid edilmişdi.
Xatırladaq ki, hazırda “Amazon” dünyanın ən bahalı şirkəti sayılır.