SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “ABŞ Türkiyə ilə razılığa gələ bilmədi”

Politoloq Nadir Şəfiyev deyir ki, ABŞ az itki verməklə Suriyada maraqlarının təmin etmək üçün Türkiyə ilə razılığa gəlmək istəyirdi
Sputnik

“Dünyanın geopolitik və maraqların toqquşduğu mərkəz Suriyadır”. Bunu  “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində “Cənubi Qafqaz” politoloqlar klubunun 60-cı iclasında çıxış edərkən politoloq Nadir Şəfiyev deyib.

Politoloq bildirib ki, Suriyada baş verən proseslər tək bölgəyə deyil, ümumilikdə dünyada baş verən proseslərətəsir edir: “ABŞ qüvvələrinin və diplomatiyasının da bu proseslərdə iştirak etməsi təsadüfi deyil. ABŞ az itki verməklə Suriyada maraqlarının təmin etmək üçün Türkiyə ilə razılığa gəlmək istəyirdi. Amma Türkiyə bu məsələdə öz maraqlarının nəzərə alınmadığını əsas gətirir. Düşünürəm ki, 2019-cu ildə Suriyada proseslər bu minvalla davam edəcək. ABŞ və Rusiya arasında maraqlar toqquşması mövcud olduqca dünyadakı münaqişələr davam edəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz