Ukraynalı konsul Türkiyədə qəzaya uğrayan dənizçilərlə görüşdü

Digər Azərbaycan vətəndaşı-gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Ukraynanın Türkiyədəki konsulu xəstəxanada, Samsun şəhəri yaxınlığında qəzaya uğrayan gəmidən xilas edilən dənizçilərlə görüşüb. Bu barədə Sputnik AzərbaycanUNN-ə istinadən xəbər verir. 

Türkiyədə gəmi batması nəticəsində itkin düşən Azərbaycan vətəndaşının meyiti tapılıb

"Konsul Ukrayna icmasının nümayəndələri ilə birgə xəstəxanada olan bütün dənizçilərə baş çəkib. Onların vəziyyəti qənaətbəxşdir. Onlara tibbi yardım göstərilir", - deyə Ukraynanın Türkiyədəki səfiri Andrey Sibiqa bildirib.

O, həmçinin buzlu sudan dənizçiləri xilas etdiyi üçün Türkiyə xilasedicilərinə də təşəkkür edib.

Qeyd edək ki, ötən gün Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən "Volgabalt 214" gəmisinin qəzaya uğraması nəticəsində gəminin azərbaycanlı ekipaj üzvlərindən ikisi - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlu və gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib. Hər ikisinin meyiti sudan çıxarıllıb.