Səudiyyə qadınları üçün bir ilk yaşanır

Şirkət iki il müddətində 300-ə yaxın stüradessa hazırlamağı planlayır.
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Səudiyyə Ərəbistanında ilk qadın stüardessalar yanvardan işə başlayacaq.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ilk qadın stürardessalar Flynas hava yollarında çalışacaq.

Şirkətdən verilən açıqlamaya görə, ilk qadın stüradessa qrupu hazırlıq kurslarını bitirib və işə başlayacaqlar. Şirkət iki il müddətində 300 -ə yaxın stüradessa hazırlamağı planlayır.

Açıqlamaya görə, stüardessaların geyimləri milli adət-ənənələrə uyğun olacaq. Onlar orta təhsili bitirmiş olmalı, ingilis dilini bilməli və boyları beynəlxalq aviasiya standartlarına uyğun olmalıdır.

Xatırladaq ki, keçən il ilk dəfə Səudiyyə Ərəbistanında qadınlara sürücülük şəhadətnaməsi almaq üçün təhsil almağa və taksi sürücüsü kimi işləməyə icazə verilib. Bu addım şahzadə Məhəmməd bin Salman Əl Səudun sosial-iqtisadi dəyişikliklər çərçivəsində reallaşıb.