HADİSƏ

Masallı rayonunda yanğın olub

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Masallı rayonunun Yeyənkənd kəndində ümumi sahəsi 256 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.