RUSİYA

Ankarada Karlov cinayəti üzrə məhkəmə başlayıb

Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Ankarada Rusiyanın Türkiyədəki sabiq səfiri Andrey Karlovun öldürülməsi işi üzrə ilk dinləmələr başlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Müttəhimlər kürsüsündə 1-i qadın olmaqla 18 nəfər var. Onlardan 4-ü Türkiyənin müxtəlif regionlarında həbsdə olduğu üçün məhkəməyə video əlaqə vasitəsilə qoşulub.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb, ona hücum edən şəxs - polis məmuru Mevlut Mert Altıntaş da polis tərəfindən zərərsizləşdirilib.