BAKI, 8 yanvar — Sputnik. Nəfəs verməklə xərçəng xəstəliyini müəyyənləşdirəcək cihaz hazırlanıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Kembric Universiteti alimlərinin birgə olaraq yaratdığı cihazla nəfəs salmaqla xərçəngi müəyyənləşdirmək mümkün olacaq.
Məlumata görə, nəfəsdəki molekulları yoxlamaqla xəstəyə daha dəqiq diaqnoz qoyulacaq. Artıq cihazın işəyararlığını sübut etmək üçün 1500 nəfər üzərində tədqiqatlar aparılıb və eyni nəticələr əldə olunub.
Qeyd edək ki, öncə bu cihaz yalnız mədə-baırsaq xərçəngini müəyyənləşdirmək üçün hazırlansa da, daha sonra alimlər tərəfindən təkminləşdirilib. Nəticədə həmin cihazla əlavə olaraq böyrək, ağciyər, qaraciyər, prostat xərçəngini də müəyyənləşdirmək də mümkün olacaq.