Rəhbərin doğum günündə hərəyə bir kiloqram şokolad

Hər şagirdə bir kilo şokolad, marmelad, vafli və digər şirniyyatlar paylanıb
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Şimali Koreyanın Pxenyan şəhərində pulsuz şirniyyat paylanıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Pxenyandan olan məktəblilərə şirin hədiyyələr verilib. Buna səbəb isə Şimali Koreya lideri Kim Çen Inın doğum günü olub.

Hər şagirdə bir kilo şokolad, marmelad, vafli və digər şirniyyatlar paylanıb.

Rəhbərin doğum günündə hərəyə bir kiloqram şokolad

Kim Çen In yanvarın 8-də doğulub. Liderin doğum günü rəsmi şəkildə qeyd edilmir. Şimali Koreyada Kim Çen Inın babası və atası Kim İr Sen və Kim Çen İrin doğum günü bayram kimi qeyd edilir.

15 apreldə Kim İr Senə həsr olunan “Günəş günü” qeyd edilir. Kim Çen İrə həsr olunan gün isə “Parlayan ulduzlar günüdür” və 16 fevralda qeyd edilir.

Qeyd edək ki, Şimali Koreya liderinin bu gün 35 yaşı tamam olub.