Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin yanvar ayında Rusiyada görüş keçirəcəklər. Tərəflər görüş çərçivəsində bir sıra məsələləri, o cümlədən Suriyada olan vəziyyəti də müzakirə edəcəklər.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Türkiyə-Rusiya münasibətlərinin əvvəlki səviyyədə olmadığı hiss olunur:
“Bu, Türkiyə-ABŞ münasibətlərindəki istiləşmə ilə əlaqədardır. Bu da Rusiyanı Türkiyəyə qarşı ehtiyyatlı mövqe nümayiş etdirməyə sövq edir. Türkiyə-Rusiya münasibətlərinin bundan sonrakı mərhələsi kürdlərin davranışından asılıdır. Kürdlər üçtərəfli oyun apararsa, Türkiyə-Rusiya münasibətləri bundan ziyan görə bilər”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz