“Azərbaycanda donuzçuluq təsərrüfatlarına daim baxış keçirilir”. Bunu Sputnik Azərbaycan-a Azərbaycanda “donuz qripi” təhlükəsi haqqında danışarkən Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.
O bildirib ki, 2008-ci ildən bu günə kimi donuzçuluq təsərrüfatları qapalı şəraitdə fəaliyyət göstərir:“Mütəmadi olaraq tapşırığın icrasına nəzarət edilir. “Donuz qripi” donuzlar arasında yayılmaqla yanaşı,insanlarda da qeydə alınır. Qrip insnalar üçün təhlükəlidir və insandan-insana keçə bilir. Hazırda ölkəmizdə heyvanlar arasında “donuz qripi”nə görə epizootik vəziyyət sabitdir. Heyvanlar arasında nə “donuz qripi”, nə də hər hansı infeksion xəstəlik qeydə alınmayıb”.
Qeyd edək ki, qonşu Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı artıq 10 nəfər çatıb.