Türkiyədə 100 nəfər yüksək rütbəli hərbçi saxlanılıb

Saxlanılan hərbiçilərin Quru Qoşunlarında xidmət apardığı bildirilir
Sputnik

BAKI, 7 yanvar — Sputnik. Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar davam edir. Sputnik Azərbaycan"Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında 100 yüksək rütbəli əsgərə qarşı əməliyyat aparılıb.

Onların saxlanılması haqqında qərarı Ankara Baş Prokurorluğu verib. Əməliyyatlar eyni zamanda müxtəlif ünvanlarda keçirilib.

Saxlanılan əsgərlərin Quru Qoşunlarında xidmət apardığı bildirilir.