BAKI, 7 yanvar — Sputnik. Malayziya kralı V Məhəmməd taxtdan imtina edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, keçmiş hökmdar öz doğma vətəninə Malaziyaya, Kelantan sultanlığına qayıdacaq.
V Məhəmmədin taxtdan imtina etməsinin səbəbləri məlum deyil.
Malayziyalı hökmdar ölkə konstitusiyasının 32-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət başçısı vəzifəsindən istefa verib.
İstefaya getməmişdən öncə V Məhəmməd seçilmiş Konfrans üzvlərinə və baş nazirə və ölkənin federal hökumətinə dərin təşəkkürünü bildirib.
V Məhəmməd 1969-cu ildə oktyabrın 6-da dünyaya gəlib. O Malayziya, Tayland və Böyük Britaniyada təhsil alıb. V Məhəmməd 2016-cı ildə 5 illik hökmdar seçilib.
2018-ci ilin noyabr ayında kral "Miss Moskva 2015" müsabiqəsinin qalibi Oksana Voevodina ilə ailə həyatı qurub.